“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev

Rəhbərlik

Sədr

Rzayeva Sevda Əfsər qızı

Doğum tarixi

1961: anadan olmuşdur.


Təhsil

1968–1978: Bakı şəhəri 159 nömrəli məktəbdə orta təhsil alıb.

1979–1984: Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində ali təhsil alıb.

Karyera

1978–1996: Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında montajçı vəzifəsində işləyib. On beşə yaxın filmin montajçısı olub.

1996–indiyədək: Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının “Teatr” şöbəsində “Səhnə danışığı” və “Nitq mədəniyyəti” fənləri üzrə müəllim kimi fəaliyyət göstərir.

2014–indiyədək: Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Kino-televiziya kafedrasında “Montajın nəzəri əsasları” fənni üzrə 0,5 ştat əvəzçi baş müəllim kimi çalışır.

2014–indiyədək: İncəsənət Gimnaziyasının Elm və Təhsil İşçiləri Azad Həmkarlar Komitəsinin sədridir.


Ailəlidir, iki övladı var.